Azərbaycan qadinlar haqqi

Azərbaycan qadınları polşalılardan nümunə götürəcək

Friday, 23rd November , 2007 , 22:00 | Ana bölüm

Layihənin rəhbəri “Fərqli məkan” Polşa-Azərbaycan Fondunun nümayəndəsi Nərminə Hebanovskaya bildirdi ki, bu aksiyanın məqsədi doğuşa yardım sistemində islahatların aparılmasıdır. “Bu islahatlar doğum evləri, xəstəxanaların doğum şöbələri və qadın məsləhətxanaları bazasında Avropa, o cümlədən, Polşa təcrübəsi əsasında doğum və analıq məktəblərinin yaradılması, fəal doğuş üsullarının əhəmiyyətinin tibb işçilərinə və ictimaiyyətə çatdırılmasına əsaslanır.



“Gələcəyə dəstək” təşkilatının Azərbaycan nümayəndəliyi Polşanın “Rodzic po Ludzki” Fondu ilə birgə “Doğru doğuşa doğru” adlı aksiya keçirir. Bu barədə bu gün BMM-də keçirilən mətbuat konfransında aksiyanın təşkilatçıları mətbuata açıqlama verdilər.

Layihənin rəhbəri “Fərqli məkan” Polşa-Azərbaycan Fondunun nümayəndəsi Nərminə Hebanovskaya bildirdi ki, bu aksiyanın məqsədi doğuşa yardım sistemində islahatların aparılmasıdır. “Bu islahatlar doğum evləri, xəstəxanaların doğum şöbələri və qadın məsləhətxanaları bazasında Avropa, o cümlədən, Polşa təcrübəsi əsasında doğum və analıq məktəblərinin yaradılması, fəal doğuş üsullarının əhəmiyyətinin tibb işçilərinə və ictimaiyyətə çatdırılmasına əsaslanır.

Aksiya

“Ləyaqətli doğuş” layihəsi çərçivəsi daxilində “Fərqli məkan” Polşa-Azərbaycan Fondunun, Polşa-ABŞ Azadlıq Fondunun və Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyiylə həyata keçirilir. Tədbirdə iştirak edən tanınmış Polşa ictimai xadimi, “Rodzic po Ludzku” Fondunun və Polşada eyniadlı ictimai kampaniyanın rəhbəri Annabella Otfinovskaya Azərbaycanın Səhiyyə Nazirliyinin bu işdə onlara yardımçı olduğunu, sözügedən nazirliyin sabah layihə çərçivəsində “Ana və uşaq ölümü səviyyəsinin azaldılması yolları: tibb işçiləri və ictimaiyyətin birgə fəaliyyəti” mövzusunda konfrans keçirəcəyini jurnalistlərin diqqətinə çatdırdı. Xanım Otfinovskaya bu sahədə ölkələrimiz arasında əməkdaşlığın faydalı nəticələri olacağını vurğuladı.

[1] www.aipc.az/?c…


Paylaş | Çap


RSS, Görüş yemləri.

Görüş qapalıdır.


Burdan çap olunub: http://www.qadin.org
Yazinın URLi: http://azr.qadin.org/?p=20

adminq[at]qadin.org
Yazıda qullanilan adreslər:
[1] www.aipc.az/?c…: http://www.aipc.az/?category=1&altname=Azirbaycan_qaddnlard_polealdlardan_nhmuni_ghthricik