«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ABŞ-ın saxta «soyqırım»a münasibətinə sərt reaksiya ver
Wednesday, 17th October , 2007 , 07:33 | Ana bölüm
Dünən yerli vaxtla səhər saat 10.30-da başlayan və 7 saat davam edən müzakirələrdə Xarici Əlaqələr Komitəsinin bütün üzvləri emosional çıxışlar ediblər. Sədr Tom Lantos giriş sözündə əvvəlcə layihə haqda məlumat verib, sonra bildirib ki, komitə üzvləri çətin seçim qarşısındadır və İraqda hərbi əməliyyatlara cəlb olunmuş Amerika əsgərlərinin həyatı onların qərarından asılıdır. T. Lantos xatırladıb ki, səkkiz sabiq dövlət katibi və üç keçmiş müdafiə naziri sənədin müzakirəsinin əleyhinə çıxıb. Bəzi digər komitə üzvləri də bəyan ediblər ki, Nümayəndələr Palatası tarixlə bağlı müzakirə aparılması üçün uyğun yer deyil.
Dünən yerli vaxtla səhər saat 10.30-da başlayan və 7 saat davam edən müzakirələrdə Xarici Əlaqələr Komitəsinin bütün üzvləri emosional çıxışlar ediblər. Sədr Tom Lantos giriş sözündə əvvəlcə layihə haqda məlumat verib, sonra bildirib ki, komitə üzvləri çətin seçim qarşısındadır və İraqda hərbi əməliyyatlara cəlb olunmuş Amerika əsgərlərinin həyatı onların qərarından asılıdır. T. Lantos xatırladıb ki, səkkiz sabiq dövlət katibi və üç keçmiş müdafiə naziri sənədin müzakirəsinin əleyhinə çıxıb. Bəzi digər komitə üzvləri də bəyan ediblər ki, Nümayəndələr Palatası tarixlə bağlı müzakirə aparılması üçün uyğun yer deyil.
Nyu-Yorkdan seçilmiş Corc Meeks deyib ki, təmsil olunduğu komitə 200 il Amerikada mövcud olan quldarlıq sistemini pisləyən qətnaməni qəbul etməyə imkan vermədiyi halda, ermənilərin məsələsini gündəliyə gətirir. Corciya ştatını təmsil edən David Skot isə bildirib ki, indiki dövrdə Konqres siyasi avantüralara qatılmamalıdır. Onun sözlərinə görə, Türkiyə ABŞ əsgərləri üçün əsas bazalardan biri olmaqla yanaşı, böyük həcmdə kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşən strateji dövlətdir. Floridalı konqresmen David Veksler əlavə edib ki, Konqresin qərarı türklərlə ermənilərin barışması şansını sıfıra endirəcək və əks-effekt yaradacaq. Ancaq bütün bu əks-arqumentlər nəticə verməyib və səsvermə zamanı erməni lobbisi öz istədiyini əldə edib. Gözlənilənlərin əksinə olaraq komitənin sədri Tom Lantos da lehinə səs verənlərin arasında olub. Zaldakı ermənilər səsvermənin nəticələrini alqışlar və sevinc qışqırıqları ilə qarşılayıb. Müzakirələri Ədalət və İnkişaf Partiyasının sədr müavini Egemen Bağışın rəhbərliyi ilə Türkiyə parlamentinin nümayəndə heyəti və Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şənsoy da izləyib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak səsvermədən dərhal sonra bəyan edib ki, Ağ Ev administrasiyası bu qərar layihəsinə qarşı mövqeyini dəyişməyib və onun əleyhinədir. Ş. Makkormak sənədin nə Amerikanın Avropa və Yaxın Şərq regionlarındakı maraqlarına cavab verəcəyini, nə də türk və erməni xalqları arasında yaxınlaşmaya xidmət edəcəyini bildirib. Səsvermənin nəticələri bəlli olduqdan sonra Türkiyə səfiri Nəbi Şənsoy Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və demokrat çoxluğun rəhbəri Sten Hoyerlə görüş keçirib. Xarici Əlaqələr Komitəsinin təsdiqindən keçən qərar layihəsinin növbəti mərhələdə Nümayəndələr Palatasının gündəminə gətiriləcəyi gözlənilir. Əgər palatanın sədri Nensi Pelosi layihəni müzakirəyə təqdim edərsə, sənəd böyük ehtimalla qəbul olunacaq. Çünki 450 nəfərlik Nümayəndələr Palatasının yarısından çoxu - 236 üzvü ermənilərin mövqeyini dəstəkləyir. Türkiyə prezidenti Abdulla Gül qərarla bağlı ilk açıqlamasında bildirib ki, Xarici Əlaqələr Komitəsinin qərarının türk xalqı üçün heç bir əhəmiyyəti yoxdur. O, ABŞ-dakı bəzi siyasətçilərin böyük məsələləri öz cılız oyunlarına alət etdiyini deyib. Egemen Bağış isə bundan sonra qərar layihəsinin Nümayəndələr Palatasında əngəllənməsi istiqamətində çalışacaqlarını açıqlayıb: “Bu xətanı düzəltmək amerikalıların işidir”.
Qeyd edək ki, uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsini demokrat konqresmenlər Adam Şiff, Frenk Pallone, Bred Şerman, respublikaçı konqresmenlər Corc Radanoviç, Co Nollenberq və Tadeuş Makkotter təqdim edib. Erməni lobbisinin təsiri ilə qələmə alınan və uydurmalarla dolu olan layihədə bildirilir ki, 1915-1923-cü illərdə Osmanlı İmperiyası 2 milyon erməninin deportasiya olunmasına qərar verib və bunlardan 1,5 milyonu ölüb, 500 mini isə ölkədən qovulub. Sənəddə soyqırımın əsas təşkilatçıları kimi Osmanlı hökumətinin müharibə naziri Ənvər paşa, daxili işlər naziri Tələt paşa və donanma naziri Camal paşanın adları çəkilir. Konqresmenlər ABŞ prezidentlərini hər il aprelin 24-də verdikləri bəyanatda erməni soyqırımının baş verdiyini bəyan etməyə, bunu pisləməyə və xarici siyasətlərini buna uyğun qurmağa çağırılır.
Bu məsələyə Azərbaycanın ictimai-siyasi xadimləri də reaksiyasız qalmayıblar. Hər zaman Türk Dünyasının problemlərinə diqqətlə yanaşan və Azərbaycan-Türkiyə qardaşlığının formalaşmasında mühüm rol oynayan «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı sərt reaksiya verib.
Tənzilə xanım bildirib ki, «Yüz ildən artıqdır ki, türklər, xüsuslə Azərbaycan türkləri ermənilər, onların müxtəlif adlar altında yaratdığı terror təşkilatları tərəfindən soyqırıma məruz qaldıqları və öz ata-baba torpaqlarından didərgin salındıqları halda dünya dövlətləri yenə də terrorçuların məzlum, qırılan xalq olduqlarını təsdiqləməkdə davam edir. Halbuki azərbaycanlıların Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından didərgin salındıqları, bir milyondan artıq soydaşımızın köçkün olduğu, ermənilərin türklərə qarşı bir əsrdir etnik təmizləmə siyasəti apardığı beynəlxalq ictimaiyyətə yaxşı məlumdur; Azərbaycan türklərinin 1905, 1918, 1933, 1947-53-cü illərdə, nəyahət 1988-ci ildən başlayaraq bu günə kimi erməni hərbi birləşmələri tərəfindən soyqırıma məruz qalmaları, Quba, Bakı, Şamaxı, Zəngəzur, Naxçıvan, Gəncə, bütövlükdə Qərbi Azərbaycan torpaqları və İrəvanda azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər, 1992-ci ildə baş verən Xocalı qətliamı haqqında dünya dövlətlərinin çox geniş bilgisi var.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və ölkəmizin 20 faizdən artıq torpağının işğal olunması isə günümüzün reallığıdır. Beynəlxalq güclər işğalçı bir dövlətin həyata keçirdiyi vəhşiliklərə baxmayaraq, yenə də qondarma «erməni soyqırımı»nı tanımaqda davam edirsə, bu artıq ədalətin deyil, ədalətsizliyin, ikili standartın təzahürüdür.
Türklərə qarşı növbəti ikili siyasəti isə ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçiridi. Nümayəndələr Palatasının qondarma «erməni soyqırımı» layihəsini qəbul etməsi təkcə tarixi saxtakarlıq və yalana, riyaya haqq qazandırmaq olmayıb, həm də ABŞ-ın xarici siyasətdəki şəxsi maraqlarını nümayiş etdirir. ABŞ Konqresi bu addımla həm Türkiyəni, həm də bütün Türk Dünyasını təzyiq altında saxlamaq niyyəti güdür və unudur ki, bölgədə insan haqları, ədalət, haqq keşikçisi kimi möhkəmlənmək istəyən dövlətin ədalətsiz qərarı, tarixə iraniyası və böyük bir millətin haqlarını erməni yalanına bilərəkdən qurban verməsi ABŞ-ın nüfuzuna ciddi zərbədir.
ATQB Konqresin Aşağı Palatasının bu qərarını kəskin pisləyir və bunun təkcə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyini bildirir, ABŞ-ın təzyiq mexanizmi üstündə qurulan xarici siyasətinə qarşı olduğunu bəyan edir».
[1] www.yenicag.az…
Burdan çap olunub: http://www.qadin.org
Yazinın URLi: http://azr.qadin.org/?p=17 adminq[at]qadin.org
Yazıda qullanilan adreslər:
[1] www.yenicag.az…: http://www.yenicag.az/modules/news/article.php?storyid=242