Azərbaycan qadinlar haqqi

Azəri-Türk Qadınlar Birliyi tədbir keçirdi

Sunday, 16th September , 2007 , 02:19 | Ana bölüm

Axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirə qatılan gənclər bu gün Şamaxıya gedib, 20-ci əsrin əvvəllərində ermənilərlə döyüşdə həlak olmuş türk əsgərlərinin məzarını ziyarət edəcəklər. Həmçinin günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyi Şamaxı məscidinə baş çəkiləcək. Geniş türk coğrafiyasını təmsil edən gənclərin şamaxılı həmyaşıdları ilə görüşü də planlaşdırılır. Sentyabrın 17-də isə qonaqların iştirakı ilə mətbuat konfransı keçiriləcək.



Bu gün Bakının Türk dünyasının fəxr etdiyi qəhrəman övladlarından olan Nuru Paşanın qoşunlarının 1918-ci ilin sentyabr ayının 15-də ermənilərdən azad etməsinin 89-cu ildönümüdür. Qəhrəman Türk-İslam Ordusunun komandanının müstəqil cümhuriyyətimizin paytaxtını erməni və digər qaranlıq güclərdən təmizləyərək, Bakını yenidən Azərbaycan Türklərinə qaytarması qədirbilən xalqımız tərəfindən hər zaman sayğı və ehtiramla qarşılanmışdır.

Azəri-Türk Qadınlar Birliyi bu böyük qəhrəmanlıq nümunəsinə etinasız qalmayıb və hər il bu günlə bağlı müxtəlif tədbirlər keçirmişdir. Bu dəfə də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ənənəsinə sadiq qalaraq, bu tarixi günlə bağlı müxtəlif tədbirlər planı hazırlamışdır.

Bu məqsədlə Türk Dünyasını təmsil edən və Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Gənclik Topluluğunun (TDGT) üzvü olan 25 gənc də bu tarixi günü qutlamaq üçün Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tərəfindən Azərbaycana dəvət olunub. Türk Dünyası Gənclik Topluluğunun (TDGT) üzvü olan gənclərin Bakı və Şamaxı şəhərlərində çoxsaylı görüşləri nəzərdə tutulur.

Bu gün səhər saat 12-də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərliyi ilə həmin gənclər və digər qonaqlar Şəhidlər Xiyabanına gedərək ölkəmizin müstəqilliyi uğrunda həm 20-ci əsrin əvvəllərində, həm də əsrin sonlarında canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleslərini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edən qonaqlar abidə önünə əklil qoydular.
Tədbirdə tanınmış ziyalılar, siyasətçilər və gənclər iştirak edirdilər. Onlar arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, AKXCP-nin sədri Mirmahmud Mirəlioğlu, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin həmsədri Xanım Xəlilova və müxtəlif türk ölkələrindən gələn qonaqların adlarını çəkmək olar.

Axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirə qatılan gənclər bu gün Şamaxıya gedib, 20-ci əsrin əvvəllərində ermənilərlə döyüşdə həlak olmuş türk əsgərlərinin məzarını ziyarət edəcəklər. Həmçinin günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyi Şamaxı məscidinə baş çəkiləcək. Geniş türk coğrafiyasını təmsil edən gənclərin şamaxılı həmyaşıdları ilə görüşü də planlaşdırılır. Sentyabrın 17-də isə qonaqların iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Eyni zamanda səfərin son günü dövlət rəsmiləri ilə də görüş nəzərdə tutulur.

[1] www.yenicag.az…


Paylaş | Çap


RSS, Görüş yemləri.

Görüş qapalıdır.


Burdan çap olunub: http://www.qadin.org
Yazinın URLi: http://azr.qadin.org/?p=14

adminq[at]qadin.org
Yazıda qullanilan adreslər:
[1] www.yenicag.az…: http://www.yenicag.az/modules/news/article.php?storyid=94