English

Ankara İnstitutunun başqanı doktor Turhan Çöməzin də qatılacağı bu mərasimdə Avrasya Ekonomik İşbirliyi Dərnəyinin başqanı Hikmet Eren, Çağatay Akengin, Osman Eler, Mehmet Süha Uçar, Murat Atasoy kimi tanınmış milliyyətçilər, o cümlədən İraq Türkmən Cəbhəsinin nüfuzlu liderləri qatılacaqlar.

Qapat
  • Social Web
  • E-mail
E-Mail ilə ilət
Paylaş | Ardi...| Çap

Dünən yerli vaxtla səhər saat 10.30-da başlayan və 7 saat davam edən müzakirələrdə Xarici Əlaqələr Komitəsinin bütün üzvləri emosional çıxışlar ediblər. Sədr Tom Lantos giriş sözündə əvvəlcə layihə haqda məlumat verib, sonra bildirib ki, komitə üzvləri çətin seçim qarşısındadır və İraqda hərbi əməliyyatlara cəlb olunmuş Amerika əsgərlərinin həyatı onların qərarından asılıdır. T. Lantos xatırladıb ki, səkkiz sabiq dövlət katibi və üç keçmiş müdafiə naziri sənədin müzakirəsinin əleyhinə çıxıb. Bəzi digər komitə üzvləri də bəyan ediblər ki, Nümayəndələr Palatası tarixlə bağlı müzakirə aparılması üçün uyğun yer deyil.

Qapat
  • Social Web
  • E-mail
E-Mail ilə ilət
Paylaş | Ardi...| Çap

Bu gün «Dalğa» Gənclər Hərəkatının ikinci qurultayının birinci hissəsi keçirilib. Qurultay iştirakçıları növbəti bir il üçün təşkilata sədrlik edəcək şəxsi seçiblər. Bu barədə «Media forum» saytına təşkilatın sabiq sədri Ülvi Həsənli məlumat verib. Onun sözlərinə görə, sədrliyə 3 şəxsin namizədliyi olub: Ülvi Həsənlinin, Vəfa Cəfərovanın və Ülviyyə Qasımovanın: «Mən öz namizədliyimi Vəfa Cəfərovanın xeyrinə geri götürdüm və o, səs çoxluğu ilə təşkilatın tarixində 3-cü sədr oldu».

Qapat
  • Social Web
  • E-mail
E-Mail ilə ilət
Paylaş | Ardi...| Çap

Qаdınlаrа qаrşı zоrаkılıq və аyrı-sеçkiliyin aradan qaldırılmasına хidmət еdən qаnunvеricilik və rəsmi dövlət siyаsəti bаrədə ictimаiyyəti məlumаtlаndırmаq, qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları ilə mübarizənin vаcibliyini ictimaiyyətin diqqətinə çаtdırmаq məqsədi ilə iyul ayında jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir. Avqustun 20-dək davam edən müsabiqə çərçivəsində ölkənin 6 nüfuzlu mətbu orqanında 7 məqalə çap etdirilmişdir.

Qapat
  • Social Web
  • E-mail
E-Mail ilə ilət
Paylaş | Ardi...| Çap