Azərbaycan qadinlar haqqi

Azərbaycanda qadınların problemləri müzakirə edilib
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti Avropa Feminist Forumunun Azərbaycan üzrə «Güclü xanımlar» həmfikir qrupunun təşəbbüsü ilə «Biz qadınlar yenə də kifayət qədər təmsil oluna bilmirik» mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və rəsmi strukturların təmsilçiləri iştirak edib. Forumda əsasən gender bərabərliyi və qadınların qərarverici vəzifələrə irəli çəkilməsi, seçkilərdə iştirakı, ictimai-siyasi həyatdakı rolu ətrafında müzakirələr aparılıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin təmsilçisi Sədaqət xanım bildirib ki, gender məsələlərinin həlli istiqamətində ciddi addımlar atılmır. Belə ki, qanunlar və sərəncamlar olmasına baxmayaraq problem həllini tapmır.

O qadınların dövlət vəzifələrinə irəli çəkilməməsindən də narahatdır. Hüquq müdafiəçisi Mehriban Vəzir də ölkədə qadınlarla bağlı çoxsaylı problemlərin mövcudluğundan danışıb. Onun fikrincə, problemlərin həlli üçün ilk öncə siyasi iradə lazımdır. Xanım Vəzir ölkədə işçi gücünün 44 faizinin qadınlara məxsus olduğunu və bu gücün yalnız 4 faizindən istifadə edildiyini deyib.

Mehriban Vəzir Azərbaycan qadınının özündə də ciddi problemlərin olduğunu bildirib. O bunu ölkədəki sosial-iqtisadi və təhsil sahəsindəki çatışmamazlıqlarla bağlayıb. Xanım Vəzir hesab edir ki, problemlərin həlli ilk öncə ananın öz dilinə, öz milli mənəviyyatına söykənməsindən keçir.

Xəzər universitetinin gender tədqiqatı mərkəzinin idarə heyətinin üzvü Kifayət Ağayeva hesab edir ki, qadınların əqli əməyindən istifadə məsələsi hökumətin diqqətində olmalıdır. Lakin bu sahədə elə də irəliləyiş yoxdur.   Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Xanbabayeva son dövrlər uşaqlarından imtina edən anaların sayının artdığını diqqətə çatdırıb.

O hesab edir ki, tək analara dövlət müavinəti ayrılmalıdır. Xanım Xanbabayevanın sözlərin görə, bəzi ailələrdə zorakılıq problemləri də qalır. «Qadınlar Arasında Həmrəylik» İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova qadınların ictimai fəaliyyətinin inkişafı üçün ilk öncə problemlərin müzakirəsini vacib hesab edir. Onun fikrincə, Azərbaycanda 25 yaşından sonra qadının işə qəbulu problemə çevrilib.

«Müsavat» partiyasının gender problemləri üzrə komissiyasının sədri Sevinc Hüseynzadə qadın problemlərinin spektrinin dəyişməkdə olduğunu deyib. Onun sözlərinə görə, sosial problemlərin ağırlığı hətta qadınların öz ərlərini öldürməsinin çoxalmasına gətirib çıxarıb.

www.voanews.co…

Paylaş

Azərbaycan qadınları polşalılardan nümunə götürəcək
“Gələcəyə dəstək” təşkilatının Azərbaycan nümayəndəliyi Polşanın “Rodzic po Ludzki” Fondu ilə birgə “Doğru doğuşa doğru” adlı aksiya keçirir. Bu barədə bu gün BMM-də keçirilən mətbuat konfransında aksiyanın təşkilatçıları mətbuata açıqlama verdilər.

Layihənin rəhbəri “Fərqli məkan” Polşa-Azərbaycan Fondunun nümayəndəsi Nərminə Hebanovskaya bildirdi ki, bu aksiyanın məqsədi doğuşa yardım sistemində islahatların aparılmasıdır. “Bu islahatlar doğum evləri, xəstəxanaların doğum şöbələri və qadın məsləhətxanaları bazasında Avropa, o cümlədən, Polşa təcrübəsi əsasında doğum və analıq məktəblərinin yaradılması, fəal doğuş üsullarının əhəmiyyətinin tibb işçilərinə və ictimaiyyətə çatdırılmasına əsaslanır.

Aksiya

“Ləyaqətli doğuş” layihəsi çərçivəsi daxilində “Fərqli məkan” Polşa-Azərbaycan Fondunun, Polşa-ABŞ Azadlıq Fondunun və Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyiylə həyata keçirilir. Tədbirdə iştirak edən tanınmış Polşa ictimai xadimi, “Rodzic po Ludzku” Fondunun və Polşada eyniadlı ictimai kampaniyanın rəhbəri Annabella Otfinovskaya Azərbaycanın Səhiyyə Nazirliyinin bu işdə onlara yardımçı olduğunu, sözügedən nazirliyin sabah layihə çərçivəsində “Ana və uşaq ölümü səviyyəsinin azaldılması yolları: tibb işçiləri və ictimaiyyətin birgə fəaliyyəti” mövzusunda konfrans keçirəcəyini jurnalistlərin diqqətinə çatdırdı. Xanım Otfinovskaya bu sahədə ölkələrimiz arasında əməkdaşlığın faydalı nəticələri olacağını vurğuladı.

www.aipc.az/?c…

Paylaş

QADIN HAQLARI
Azərbaycan Türkcəsinə  çevirən:  Əfsanə.S. Sayınqala

Birləşmış Millətlər Təşkilatının Qadınların Hüquqlarının Pozulmasının Aradan Qaldırılması Haqqında Uluslararası Sözləşməsı

Bölüm 1

Maddə 1

Bu Sözləşmənin istəkleəri “Qadınlara qarşı ayrı-seçkilik” anlayışını aradan qaldırma ilkəsinə dayanaraq, qadınların toplumsal eləcədə ayilə durumunundan asılı olmayaraq, onların bütün Siyasi, Ekonomik,Toplumsal, kültürel, şəxsi ya da bir başqa alanda qadınların insan haqları və əsas özgürlüklərinin tanınmasını, eləcədə həyata keçirilməsdir. Bu haqq və özgürlüyin qarşısın almaq  sözləşməyə zid sayılır.

Maddə 2

Sözləşməyə qoşulan  Dövlətlər qadınların hüqüqlarının pozulmasının bütün formalarını qınayır və bütün uyğun yollardan dəyərlənərək, gecikdirilmədən qadınların hüquqlarının pozulmasının aradan qaldırılmaq  siyasətini  yürütməyi üstələnir və bu istəklə aşağıdakı görəvləri yerinə yetirirlər:

a.   Qadınlarla kişilərin hüquq birliyi ilkəsini dövlət anayasalarına ya da başqa yasalara yerləşdirib, uyğun ve yasal yollarla bu ilkəni həyata keçirilməsini yerinə gətirmək;

b.    Qadınların hüquqlarının pozulmasını qadağan edən gərəkli uyğun yasalar yaradıb və başqa uyğun yolları mənimsəmək;

c.  Qadınlarla kişilərin hüquq birliyi ilkəsi üstündə qurulmuş, qadınların hüquqlarının yasal yollarla savunmasını düzəltmək və bu işi bilən ulusal məhkəmələri və ya başqa toplumsal quruluşlar yoluyla bu hüquqların pozulmasının qarşısını almaq;

d.  Qadınların hüquqlarının pozulmasının qarşısını alıb və bütün toplumsal quruluşların bu yollda işləmələrinə təminat vermək;

e.  Hər hansı bir şəxs və ya quruluş tərəfindən qadınlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün bütün gərəkli və uyğun önləmələr almaq ;

f.  Qadınların hüquqlarının pozulmasına yər verən yasaları, düzükləri, gələnəkəri, törələri deyişdirmək və ya aradan aparmaq istəyi ilə  olumlu tədbirlər almaq;

g.  Qadınların hüquqlarının pozulmasına yər verən bütün məhkəmə yasalarını aradan qaldırmaq.

Maddə 3

Sözləşməyə qoşulan Dövlətər kişilərlə eşit hüquqlar üzərində qadınların insan hüquqlarına özəliklə siyasi, toplumsal, ekonomik və kültürel haqlarına yiyə olmalarını və onların bu alanda özgürlüklərini garanti etməli, eləcdə qadınların irəliləşmələrində önəmli yasalar yaratmalıdırlar.

Maddə 4

1.      Sözləşməyə qoşulan Dövlətlər tərəfinden kişilər və qadınlar arasında hüquq birliyini tezliklə həyata geçirmək üçün alınan keçici önləmlər, sözləşmənin bəlirlədiyi kimi hüquların pozulması anlamında başa düşülmiyəcək və heç bir şəkildə eşitsizlik və ya ayrı-ayrı standartların qorunub saxlanması anlamında işlədilmiyəcəkdir. Bu keçici önləmlər hüquq birliyi ilkəsinin istəklərinə çatandan sonra aradan qaldırılacaqlar.

2.   Sözləşməyə qoşulan Dövlətlər tərəfindən analıq hüquqlarının qorunmasına yönədilmiş özəl önləmlər sözləşməni də içərisinə alaraq hüquqların tapdalanmasına yol açmayacaqdır

Maddə 5

4.   Sözləşməyə qoşulan Dövlətələr aşaığıdakı bütün gərəkli önləmləri alacaqlar:

a.    Hər iki cinsdən birinin aşağı səviyədə olması və ya üstünlüyü düşüncəsini toplumda olan toplumsal və kültürel gəlenəkləri deyiştirmək və ya aradan qaldırmaq;

b.    Analıq anlayışının toplumsal bir görəv kimi anlaşılmasını və uşaqların yətişdirilməsini qadın və kişinin ortaq sorumluluquna getirilməli. Hər şeydən öncə uşaqların durumu və çıxarı gözə alınmalıdır.

Mdddə 6

Sözləşməyə qoşulan Dövlətlər qadın alverinin bütün formalarının, fahişəlikdən qazanc üçün işlədilməsinə son qoymaq üçün bütün gərəkli önləmlər eləcədə yasal önləmlər alacaqdır.

BÖLÜM 11

Maddə 7

Sözləşməyə qoşulan Dövlətlər ölkənin siyasi  ve toplumsal həyatında qadınların hüquqlarınin pozulmasınin aradan qaldırılması üçün bütün gərəkli önləmləri alacaqdır. Özəliklə  kişilərlə eşit hüquqlar üzərində qadınların aşağıdakı hüquqlarını yerinə yətirəcəklər:

a.  Bütün seçkilərdə və xalq oylamalarında səs vermək və bütün dövlət seçkili organlarına seçilə bilmək hüququ;

b.   Hökumətin siyasətinin hazıranmasında və həyata keçirilməsinə qatıla bilımək, dövlət sturkturlarında görəv ala bilib və onları yerinə yetirmək;

c.  Ölkənin siyasi və toplumsal həyati ilə bağlı olan, hökumətə bağlı olmayan birliklərə və qurumlara qatıla bilmək.

Maddə 8

Sözləşməyə qoşulan Dövlətlər qadınlarla kişilərin eşit hüquqlar üzərində heç bir yasa pozuntusu olmadan qadınların öz ölkələrini uluslararası düzeydə təmsil etmək və uluslararası quruluşların işinə qatılmaq üçün imkanlar yaratmaq istəyilə bütün gərəkli önləmləri almalıdır.

Maddə 9

1.    Sözləşməyə qoşulan Dövlətər qadınlara kişilərə eşit hüquqlar üzərə öz vətəndaşlıqını ayırd edə bilmək, dəyişmək və ya qoruyub saxlamq hüququ verəcəklər. Sözləşməyə qoşulan Dövlətlər qadınların evləndikdə və ya evlilik çağı ərin öz vətəndaşlıqını dəyişdikdə qadının vətəndaşlıqını otomatik olaraq dəyişilmyəcəyinə təminat verəcəklər.

2.    Sözləşməyə qoşulan Dövlətlər uşaqların hansı vətəndaşlıqı alamalarında qadınlarla kişilərə eşid hüquqlar tanıyacaqlar.

BÖLÜM 111

Maddə 10

Sözləşməyə qoşulan Dövlətlər eyitim alanında qadınlara kişilərə eşit           hüquqların verilməsini yerinə yetirmək istəyilə, qadınların hüquqlarının    pozulmasını aradan qaldırmaq və bunun qarşısında qadınlarla kişlərin hüquq eşitliyi ilkəsinə dayanaraq aşağıdakıları bütün gərəkli önləmləri alacaqlar:

a.   İstər şəhər, istərsə də kənd yerlərində olan bütün  eyitim quruluşlarında eyitim  və diplom almaq üçün, istənilən peşəyə yiyələnmək üçün eşit şərtlər irəli sürülməsi, bu eşitliyə məktəb öncəsi, genəl eyitim, tekniki peşə və yüksək tekniki eyitimi və peşə hazırlığının bütün çeşitlərində təminat verilməli,

b.    Eyni eyitim programı, eyni sınavlar, eyni standardlar üzərində uzmanlaşmış öyrətmənlər və eyni stndardlarla tikilmiş mektəblər və eyitim gərəklərinə yiylənmək,

c.    Dərsliklərin və məktəb programlarının yenidən gözdən keçirilməsi və yeni tədris metodlarının uyqulanmasıyla öncədən yerləşmiş qadın və kişi ayrı-seçkilyi  üzərində qurulmş gələnəkləri aradan qaldırmaq,

d.   Burs və başqa eyitim yardımlarından düzgün imkanlar yaratmaq,

e.   Eyitimdə qadınlarla kişilərin arasında olan boşluğu aradan qaldırmaq üçün eyitimin davam etdirilməsi porogramları və eləcədə oxuma-yazma savadı olmayan yaşlıların savadlanmasına eşit imkanlarn yaradılması,

f.   Qız örəncilərin məktəbdən tez ayrılmasının sayısının azadılması və məktəbi bitirmədən ayrılan qızlar və qadınlara eyitim programlarının düzəldilməsi,

g.   Spor və bədən yetişdirilməsində qadınların fəal qatılmaları üçün eşit imkanların yaradılması,

h.   Qadınların sağlamlığının qorunması və ailənin yaşyışnın    yaxşılaşdırılması eləcədə uşaq doğmu ilə bağlı bilgi yayılmalı.

Maddə 11

1.                                          Sözləşməyə qoşulan Dövlətlər iş alanında qadınların hüquqlarının pozulmasını aradan qaldırmaq üçün, hüquq eşitliyi ilkəsinə dayanaraq qadınlarla kişilərə eyni hüquqlara yiyələnməyə aşağıdakı önləmləri alacaqlar:

a.  Bütün insanların toxunulmaz olan iş haqqı,

b. Eyni ış olanağlarından yararlanmaq hüququ, eləcədə iş yerinin seçilməsində eyni ölçülərin işlədilməsi,

c.  Özgürcəsinə peşə və iş seçmək, işlə bağlı bütün olanağlardan və üstünliklərdən eləcədə yüksək eyitimdən yararlanmaq,

d. Eyni işlə işliyən qadınlarla kişlərin işlərinə eyni dəyeri və eyni gəliri eldə etmək hüququ,

e.   Gəlirli izinə çıxmaq, işsizlik, xəstəlik, əlilik, qocalıq və işləmək gücünün olmadığında toplumsal güvənlik hüququ,

f.  İş yerlərində sağlamlığın qorunması eləcədə qadınların uşaq doğmaq hüququ.

2.    Sözləşməyə qoşulan Dövlətlər, evlilik və analıq nədəniylə qadınlara qarşı olan ayrı-seçkiliyi aradan qaldırmaq və onların işləmək hüququnu qorumaq üçün aşağıdakı önləmləri alacaqlar:

a.   Boyluluq və ya analıq izininə görə və ya evliliyə bağlı hər hansı nədənlərə görə işdən çıxardılmağı yasaqlamaq,

b.   Öncəki iş yerini, əmək haqını və başqa toplumsal hüququnu itirməmək şərtiylə haqqı ödənilən analıq izinini dəyərləndirmək,

c.  Ata-analara öz ailə görəvlərini iş görəvlərilə birləşdirməyə imkan verən,onlara toplumsal yardım eləcədə uşaq bağçaları olağanlığı yaratmaq,

d.  Ziyanlı sayılan işlərdə işləyən qadınların boyluluq çağı qorunmasını yerinə gətirmək.

3.  Bu maddədə yər alan məsələlərlə bağlı qoruyucu yasalar,          bilimsəl və teknik biliklərin işığı altında yenidən gözdən keçiriləcək,   gərəksə deyiştiriləck, yeniləşdiriləcək ya da aradan qaldırılacaqdır.

Maddə 12

1.Sözləşməyə qoşulan Dövlətlər sağlamlığın qorunmasında qadınların hüquqlarının pozulmasını aradan qaldırmağa və bunun yerinə sağlamlığı qoruyan quruluşlardan dəyərlənməsində qadınların kişilərlə eşit hüquqlarını yerinə yetirmək üçün bütün gərəkli önləmləri alacaqlar,

2. Olan maddənin 1-ci bəndinin istəklərindən asılı olmayaraq, sözləşmədə olan dövlətlərin, qadınların boyluluq çağı, doğum və doğumdan sonrakı dönəmdə  qadınların uyğun xidmətlərdən dəyərlənmələrini, gərəkli olursa onlar üçün ayrılmış pulsuz xidmətlərdən dəyərlənmələrini eləcədə boyluluq və ya əmizdirmə çağı yaxşı bəslənmələrini yerinə gətirəcəklər.

Maddə 13

Sözləşməyə qoşulan Dövlətlər ekonomik və toplumsal həyatın başqa dallarında qadınların hüqüqlarının pozulmasının aradan qaldırılmasına və bunun yerinə qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların aşağıdakı hüquqlarını əldə etmək üçün bütün gərəkli önləmləri alacaqlar;

a. Ailə yardımı hüququ,

b.   Bankdan borc etmə, girov qoymaq yoluyla  borc almaq və ya başqa  kiridilər almaq hüququ,

c.  Eyləncə, dincəlmək, spor və kültürel həyatın bütün yönlərinden dəyərlənmək hüququ.

Maddə 14

1.  Sözləşməyə qoşulan Dövlətlər kənd yerlərində  yaşayan qadınların üzləşdiyi çətinlikləri və onların öz ailələrinin ekonomi baxımından ayaqda qalmaları üçün olan rollarını eləcədə bu qadınların ekonominin gəlir gətirməyən sektorlarındakı işini gözə alacaqlar və olan sözləşmənin hökümlərinin kənd yerlərində yaşayan qadınlara uyğulamaya gərəkli bütün önləmləri alacaqlar.

2.  Sözləşməyə qoşulan Dövlətlər kənd yerlərində yaşayan qadınların hüquqlarının tapdalanmasını aradan qaldırmaqa və bunun yerinə qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların kəndin irəliləşməsində aktiv qatılmalarını və bundan gəlir əldə etmələrini yerinə gətirmək üçün gərəkli bütün önləmləri alacaqlar. kənd yerlərində yaşayan qadınların aşağıdakı hüquqlarını yerinə gətirəcəklər:

a.    Bütün düzeylərdə irəliləşmə programlarının işlənib, düzədilməsində və həyata keçirilməsinə qatılmaq,

b.   Sağlamlığı qoruyan və aliə planlanması üçün xidmət edən bütün quruluşlardan yararlanmaq,

c.   Toplumsal güvənlik programlarından doğru düzgün yararlanmaq,

d. Teknik yetənəkliyini gücləndirib və artırmaq üçün eyitimin rəsmi və ya rəsmi olmayan formalarından yararlanmaq,

e.  Eşit ekonomik imkanlarını  eldə etmek üçün gəlir verən ya verməyən işlərlə qarşılıqlı yardım grupları və kooperativlər yaratmaq,

f.   Bütün toplumsal fəaliyətlərə qatılmaq,

g.   Kənd təsərrüfatı  kreditlərdən və borclardan yararlanmaq, topraq və əkinçilik reformunda və bunun yanı sıra yenidən yerləştirmə projelərində eşit hüquqlardan yararlanmaq,

h.   Uyğun və yetərli yaşam standardlarına yiyələnmək eləcədə ev, sağlamlıq, elektrik, su, gəliş-gediş taşıtları, ilişgi gurma imkanları yaratmaq.

Bölüm 1V

Maddə 15

1.  Sözləşməyə qoşulan dövlətlər  yasalar qarşısında qadınlarla kişilərlə eşit haqqlar tanıyacaqlar.

2.   Sözləşməyə qoşulan Dövlətlər sivil haqqlara gəldikdə, qadınlarla kişilərə eşit hüquqsal yetərlik tanıyacaqlar və bu yetərliyi işlətmək üçün eyni imkanlar verəcəklər. Özəliklə qadınlara sözləşmə bağlamq və mülkiyyətə baxmaq hüququ verəcəklər.  Məhkəmə çağları davaların hər aşamasında eşit görüləcəklər.

3.  Sözləşməyə qoşulan Dövlətlər qadınların hüquqi yetərliklərini sınırlanmasına yönədilmış bütün sözləşmələri keçərsiz tanımaq düşüncəsiylə razılaşmalıdırlar.

4.  Sözləşməyə qoşulan Dövlətlər qadın və kişinin yerləşmə yeri seçmək və onların bir yerdən başqa yerə köçməkdə eyni yasal haqqlar tanıyacaqlar.

Maddə 16

1.  Sözləşməyə qoşulan Dövlətlər evlilik və ailə ilişgiləriləində qadınların hüquqlarının tapdalanmasını aradan qaldırmaq üçün bütün gərəkli önəmleri alacaqlar və qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların aşağıdakı hüquqlarını yerinə gətirəcəklər:

a.   Evlənmək hüququ,

b.   Özgürcəsinə həyat yoldaşı seçmək və ailə qurmaq hüququ,

c.   Evlilik çağı ya boşanarkən eşit hüquqlar və görəvlri paylaşmaq,

d.  Ailə durumundan asılı olmayaraq, uşaqlarla bağlı ata, anaın eyni hüquq və sorumluluqu var ancaq uşaqların çıxarları birinci eldə gəlməlidir,

e. Uşaqların sayı və onların dünyaya gətirilməsi, eləcədə yetişdirilməsində özgürcə qərar vermək hüquqları və bu hüquqları dəyərlindirilməsində, eyitim, bilgi və başqa olağanları işlətmək,

f.  Evladlığa götürmək və ya himayə etmedə ölkənin anayasasına dayanaraq eşit hüquqlar verilməlidir. Hər durumda uşaqların cıxarı ən yüksək düzeydə tutulmalıdır,

g.   Ailə adı, iş, peşə yeri seçmək hüququ,

h. Yiyələnmək, bəcərik əldə etmək, yönətim və bənzer başqa işlərdə eşit hüquqlar.

2.  Az yaşlı uşaqların adaqlandırılması və evləndirilməsi yasal sayılmıyacaqdır və evlənmək üçün ən düşük yaşın aydınlaşdırılması eləcədə kəbinkəsmənin rəsimi və sənədləşdirilməsinin zorunlu olması üçün, yasal və gərəkli önləmlər alınmalı.

Bölüm V

Maddə 17

1.    Bu sözləşmənın istəklərini yerine yetirmək üçün qadın hüquqlarının pozulmasının aradan qaldırılması üzrə komitə yaradılacaqdır. Komitənin içindəkilər sözləşmənin işə başlarkən yüksək düzeydə bilgili olan 18 uzmandan və 35-ci sözləşməyə qatılan dövlət onu təsdiq etdikdən sonra 23 uzmandan oluşacaqdır.

Uzmanlar sözləşməyə qatılan dövlətlər tərəfindən onların öz uluslarının dələgələrindən səçiləcəkdir və bu uzmanlar öz şəxsi olağanları içərisində işləyəcəklər. Dəngəli cografi bölgü, deyişik toplumların təmsil olunması eləcədə hüquqi biçimlər gözə alınmalıdır.

2.    Komitə üyələri sözləşməyə qatılan dövlətlər tərəfindən adaylıqları irəli sürülmüş listlərdən gizli səs vermə yolu ilə seçiləcəklər. Sözləşmədə olan hər bir dövlət öz vətəndaşlarından birinin adaylığını irəli sörə bilər.

3. İlk seçim bu sözləçmənən işə başlayandan altı ay sonra keçiriləcəkdir. Hər seçkiyə üç ay qalmış Birləşmiş Millətər Təşkilatının Genel sekreteri sözləşmede olan Dövlətlərə yazılı baş vuraraq onlardan öz adaylarını iki ay içərisində verməyi tapşıracaqdır. Genel Sekreter adaylıqları irəli sürülmüş kəslərin adlarını əlifba sırası ilə düzəlmiş listini söləşmədə olan dövlətlərə göndərəcəkdir.

4.  Komitənin üyələrinin seçilməsi Birləşmiş Millətlər Təşkilatının Mərkəzində Genel Sekreter tərəfindən çağırılmış sözləşmədə olan Dövlətlər toplantısında keçiriləcəkdir. Sözləşmədə olan Dövlətlərin üçdə ikisinin yeter sayısı olan toplantıda, en çox ses alanlar ilə toplantıda olan və səs verən  dövlətlərin dələgələrinin ən çox səs alanı komitənin üyəliyinə seçilirlər.

5. Komitənin üyələri dörd illik seçiləcəklər. Birinci seçkidə seçilmiş doqquz üyənin sürəsi ikinci ilin sonunda başa çatacaqdır. Doqquz üyənin adları ilk seçimdən sonra komitə başqanından ad çekilərək bilindiriləcəkdir.

6. Komitənin 5 ək üyəsinin səçilməsi bu madənin 2,3 və 4-cü paragraflarının istəklərinə uyğun olacaqdır. Bu şəkildə seçilən iki yədək üyənin görəv sürəsi iki ilin sonunda başa çatacaq və bu iki üyənin adları komitə başqanı ad çekməklə bilindiriləcəkdir.

7.   Uzmanların komitədəki görəvi başa çatdıqda boşalan    yerlərin doldurulması üçün sözləşmədə olan dövlət öz vətəndaşları arasından yeni uzman verəcəkdir. Yeni uzman komitə tərəfindən bəyənilməlidir.

8.   Komitənin üyələri, Birləşmiş Millətlər Təşkilatının Genel qurumunun razılığı ilə alınan qərarlara dayanaraq Birləşmiş Millətlər Təşkilatından aylıq alacaqlar.

9. Sözləşmənin istəklərinin daha etkili olması üçün  Birləşmiş Millətlər Genel Sekreteri, komitənin gərəkli personel və əlverişli ortamı yaradacaqdır.

Maddə 18

1.  Sözləşmədə olan Dövlətlər, sözləşmənin hükümlərini etkili etmək üçün və əldə edilmış irelilmələri bildirmək üçün aldıqları yasal, adil, yönətsəl və başqa önləmlər haqqında aşağıdakı bilgiləri verməlidirlər:

a. Sözləşmə güc qazandıqdan sonra bir il içində və:

b.    Hər dörd ildən bir komitənin göstərişilə.

2.  Raporlarda, sözləşmədə irəli sürülən görəvlərin yerinə yetirilməsini etkiliyən nədənlər və çətinliklər açıqlana bilir.

Maddə 19

1.Komitə öz iş yönetim qaydalarını qəbul edir.

2.Komitə iki ilik olaraq öz görəvlilərini seçir.

Maddə 20

1.  Sözləşmənin 18-ci maddəsinə uyğun olaraq verilən raporun gözdən keçirməsi və incələməsi üçün Komitə ildə bir yol ən azı iki həftəlik  toplantıda görüş keçirir,

2.  komitenin toplantıları Birləşmiş Millətlər Təşkilatının mərkəzində və ya komitə tərəfindən bilirlənmiş başqa əlvirişli bir yerdə keçirilir.

Maddə 21

1.Komitə ekonomi və Sosial şura aracılığıyla ildə bir yol öz işləri haqqında Genel Quruma ilik bilgi verəcəkdir və sözləşmədə olan dövlətlər tərəfindən verilmiş raporu gözdən keçirdikdən sonra önerilər və ya məsləhətlər verə bilərlər. Bu önəri və məsləhətlər Sözləşmədə olan Dövlətlər tərəfindən olunmuş açıxlamalarda komitənin raporuna yerləşir.

2.Genel Sekreter komitə raporlarını Qadınların Statusu üzərə komisyona verəcəkdir.

Maddə 22

Uzman quruluşlar onların fəaliyət alanlarınada olan sözləşmə hükümlərinin yerinə yetirilməsinə baxmaq üçün  yetginliklər verəcəklər. Komitə uzman quruluşlaraına sözləşmənin yerinə getirilməsinə rapor verməyi tapşıra bilər.

Maddə 23

Bu Sözləşmədə hiç bir şey qadınlarla kişilərin hüquq eşitliyinin əldə edilməsini daha əlverişli eden və aşağıdakılarda öz yerini tapmış hükümləri etgiləmiyəcəkdir:

a.   Sözləşmədə olan Dövlətin yasalarına və ya

b.  Belə bir Dövlət üçün quvədə olan hər hansı bir uluslar arası sözləşmə, andlaşma və ya razılaşmalara.

Maddə 24

Sözlşmədə olan dövlətlər bu sözləşmədə tanınmış hüquqların  yerinə getirilməysi üçün dövlət düzeyində gərəkli bütün önləmləri almalıdırlar.

Maddə 25

1.   Bu Sözləşmə bütün Dövlətlərin qolçekməsinə açıqdır.

2.  Birləşmış Millətlər Genel Sekreteri bu sözləşməyə bağlı bilgilər almaqa yetgilidir.

3. Bu sözləşmə təsdiq edilə bilər, onun təsdiği üçün bəlgələr Birləşmiş Millətlərin Genel Sekreterinə verilməlidir.

4. Bu sözləşmə bütün Dövlətlərin ona qoşulmasına açıqdır. Bu qoşulma Birləşmiş Millətlərin Genel sekreterinə baş vurduqdan sonra ola bilər.

Maddə 26

1.Bu Sözləşmənin yenidən gözdən keçirilməsi, onun düzədilməsi, deyişdirilməsi önərisi Dövlətlərin istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterinə edilə bilər.

2. Birləşmiş Millətlər Təşkilatının Genel Qurumu gerəkli gördukdə belə bir öneri ilə bağlı uyqun qərar verəcəkdir.

Maddə 27

1.  Bu sözləşmə, 20-ci  təsdiq fermanı  və ya ona qoşulmaq istəyi,  Birləşmiş Millətlər Təşkilatı Genel Sekreterinə verdikdən 30 gün sonra keçərili olur.

2.    20-ci təsdiq fərmanı və ya ona qoşulmaq üçün Briləşmiş Millətlər Təşkilatının Genel Sekreterine verildikden sonra, bu Sözləşməni təsdiq edən və ya ona qoşulan hər bir Dövlət üçün sözləşmə təsdiq etmə və qoşulma sənədi baş vurduqdan 30 gün sonra keçərili olur.

Maddə 28

1.   Birləşmiş Millətlər Təşkilatının Genel sekreteri, Sözləşməyə qoşulma zamanı Dövlətlər tərəfindən edilmiş düzəlişlərin mətnini alıb Sözləşmədə olan Dövlətlərə paylayır.

2.  Bu Sözləşmənin istək və görəvlərınə uyğun olmayan və bir araya sığmayan düzəlişlərə yol verilməyəcəkdir.

3.  Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Genenl Sekreterinə yazılı başvuruyla geri götürülə bilər. Genel Sekreter bunu bütün Dövlətərə bildirir. Belə bir istək başvuru alındığı gündən sonra keçərili ola bilər.

Maddə 29

1.  Bu Sözləşmənin açıqlanması və ya uyqulanması Sözləşmədə olan Dövlətlər arasındakı danışıqlar yolu ilə həl edilə bilər. Dövlətlərin birindən istək olarsa məhkəməyə baş vurmaq olar. Məhkəmeyə başvurduqdan altı ay sonra əyər bir uzlaşma yoxsa şikayət uluslararası məhkəməyə verilə bilinər.

2. Sözləşmədə olan hər hansı Dövlət sözləşməyə qolçekərkən və ona qoşularkən  maddənin 1-ci paragrafindakı görəvini istəmiyə bilər.

3. Bu maddənin 2-ci paragrafına uyğun olaraq düzəlişlər etmiş Dövlət, Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterinə yazılı başvurmaqla bu düzəlişləri geri götürə bilər.

Maddə 30

Bu Sözləşmə Ərəb, Çin, Fransız, İngiliz, İspaniyol və Rus dilərində Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterində olacaqdır.

www.achiq.org/…

Paylaş

«Azəri-Türk» Qadınlar Birliyi «Kərkük Gecəsi» keçirəcək
Doktor Turhan Çöməz başda olmaqla tanınmış qonaqlar bu tədbirdə iştirak edəcək

Tənzilə Rüstəmxanlı «Yeni Çağ» telekanalına verdiyi açıqlamada, Şimali İraqdakı separatçı kürdlərin Azərbaycana köç etdiklərini də açıqladı

Milli məsələlərlə bağlı hər zaman başqa təşkilatlara örnək təşkil edən «Azəri-Türk» Qadınlar Birliyi son günlərdə də öz aktivliyi ilə seçilir. Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi təşkilat son bir ayda istər erməni, istərsə də separatçı PKK-ya qarşı Türkiyəyə dəstək verən təşkilatların önündə yer almışdır.

Ötən həftənin bazar günü Türkiyənin Azərbaycandakı səfirliyi önündə keçirilən izdihamlı mitinq də Tənzilə Rüstəmxanlının bu məsələdə qətiyyətli mövqe sərgilədiyini gözlər önünə sərirdi.

«Yeni Çağ»ın əməkdaşına «Azəri-Türk» Qadınlar Birliyindən verilən məlumatda bildirilib ki, Tənzilə Rüstəmxanlı daha bir böyük tədbir planlaşdırır. Son günlər, Şimali İraq, Kərkük mövzularının aktual olduğunu nəzərə alsaq, «Azəri-Türk» Qadınlar Birliyinin noyabrın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edəcəyi «Kərkük gecəsi» ədəbi-bədii gecə böyük maraq doğuracaq.

Kərkük və Azərbaycan sənətçilərinin iştirakı ilə keçiriləcək mərasimə Türkiyə, İraq və Kiprdən nüfuzlu şəxslər qatılacaqlar. Eyni zamanda Azərbaycanın bütün rəsmi şəxsləri bu tədbirə dəvətlidirlər.

Ankara İnstitutunun başqanı doktor Turhan Çöməzin də qatılacağı bu mərasimdə Avrasya Ekonomik İşbirliyi Dərnəyinin başqanı Hikmet Eren, Çağatay Akengin, Osman Eler, Mehmet Süha Uçar, Murat Atasoy kimi tanınmış milliyyətçilər, o cümlədən İraq Türkmən Cəbhəsinin nüfuzlu liderləri qatılacaqlar.

Kərkük musiqi heyəti isə Abdurrahman Kızılay, Mehmet Özbek, Turgay Coşkun, Ahmet Mustafa Yelden, Kamil Kaya, Hasan Tahsin Sümbüllü, Ertuğrul Coşkun, Ali Eroğlu, Veysel Ateş kimi tanınmış türkmən musiqiçilərdən ibarətdir.

Bu gecə «Türkməneli» telekanalı tərəfindən də yayımlanacaq.

Onu da qeyd edək ki, dünən gecə vəkil Kamal Kerincsizin «Yeni Çağ» telekanalında yayımlanan «Mədəniyyət dediyin» müəllif proqramına telefonla qatılan Tənzilə Rüstəmxanlı bir daha Şimali İraq və kərkük məsələsində öz mövqeyini ortaya qoydu. Tənzilə Rüstəmxanlının diqqət çəkdiyi başlıca xüsuslardan biri də Şimali İraq kürdlərinin Azərbaycanda yerləşməsi məsələsi oldu. Türk-kürd qarşıdurmasının əsla olmasını istəmədiyinə diqqət çəkən Tənzilə Rüstəmxanlı separatçı kürdlərin öncə tələbə olaraq, Azərbaycana gəldiklərini, daha sonra isə ailələrini də buraya gətirərək, vətənimizdə yerləşdiklərindən narahatlıq duyduğunu söylədi. Onların türk insanına düşmən münasibəti bəslədiyini də qeyd edən Tənzilə xanım bu məsələdə Azərbaycan dövlətinin lazım olan işləri görəcəyinə inandığını sözlərinə əlavə etdi.

www.yenicag.az…

Paylaş

«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ABŞ-ın saxta «soyqırım»a münasibətinə sərt reaksiya ver
Dünən yerli vaxtla səhər saat 10.30-da başlayan və 7 saat davam edən müzakirələrdə Xarici Əlaqələr Komitəsinin bütün üzvləri emosional çıxışlar ediblər. Sədr Tom Lantos giriş sözündə əvvəlcə layihə haqda məlumat verib, sonra bildirib ki, komitə üzvləri çətin seçim qarşısındadır və İraqda hərbi əməliyyatlara cəlb olunmuş Amerika əsgərlərinin həyatı onların qərarından asılıdır. T. Lantos xatırladıb ki, səkkiz sabiq dövlət katibi və üç keçmiş müdafiə naziri sənədin müzakirəsinin əleyhinə çıxıb. Bəzi digər komitə üzvləri də bəyan ediblər ki, Nümayəndələr Palatası tarixlə bağlı müzakirə aparılması üçün uyğun yer deyil.

Nyu-Yorkdan seçilmiş Corc Meeks deyib ki, təmsil olunduğu komitə 200 il Amerikada mövcud olan quldarlıq sistemini pisləyən qətnaməni qəbul etməyə imkan vermədiyi halda, ermənilərin məsələsini gündəliyə gətirir. Corciya ştatını təmsil edən David Skot isə bildirib ki, indiki dövrdə Konqres siyasi avantüralara qatılmamalıdır. Onun sözlərinə görə, Türkiyə ABŞ əsgərləri üçün əsas bazalardan biri olmaqla yanaşı, böyük həcmdə kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşən strateji dövlətdir. Floridalı konqresmen David Veksler əlavə edib ki, Konqresin qərarı türklərlə ermənilərin barışması şansını sıfıra endirəcək və əks-effekt yaradacaq. Ancaq bütün bu əks-arqumentlər nəticə verməyib və səsvermə zamanı erməni lobbisi öz istədiyini əldə edib. Gözlənilənlərin əksinə olaraq komitənin sədri Tom Lantos da lehinə səs verənlərin arasında olub. Zaldakı ermənilər səsvermənin nəticələrini alqışlar və sevinc qışqırıqları ilə qarşılayıb. Müzakirələri Ədalət və İnkişaf Partiyasının sədr müavini Egemen Bağışın rəhbərliyi ilə Türkiyə parlamentinin nümayəndə heyəti və Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şənsoy da izləyib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak səsvermədən dərhal sonra bəyan edib ki, Ağ Ev administrasiyası bu qərar layihəsinə qarşı mövqeyini dəyişməyib və onun əleyhinədir. Ş. Makkormak sənədin nə Amerikanın Avropa və Yaxın Şərq regionlarındakı maraqlarına cavab verəcəyini, nə də türk və erməni xalqları arasında yaxınlaşmaya xidmət edəcəyini bildirib. Səsvermənin nəticələri bəlli olduqdan sonra Türkiyə səfiri Nəbi Şənsoy Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və demokrat çoxluğun rəhbəri Sten Hoyerlə görüş keçirib. Xarici Əlaqələr Komitəsinin təsdiqindən keçən qərar layihəsinin növbəti mərhələdə Nümayəndələr Palatasının gündəminə gətiriləcəyi gözlənilir. Əgər palatanın sədri Nensi Pelosi layihəni müzakirəyə təqdim edərsə, sənəd böyük ehtimalla qəbul olunacaq. Çünki 450 nəfərlik Nümayəndələr Palatasının yarısından çoxu - 236 üzvü ermənilərin mövqeyini dəstəkləyir. Türkiyə prezidenti Abdulla Gül qərarla bağlı ilk açıqlamasında bildirib ki, Xarici Əlaqələr Komitəsinin qərarının türk xalqı üçün heç bir əhəmiyyəti yoxdur. O, ABŞ-dakı bəzi siyasətçilərin böyük məsələləri öz cılız oyunlarına alət etdiyini deyib. Egemen Bağış isə bundan sonra qərar layihəsinin Nümayəndələr Palatasında əngəllənməsi istiqamətində çalışacaqlarını açıqlayıb: “Bu xətanı düzəltmək amerikalıların işidir”.

Qeyd edək ki, uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsini demokrat konqresmenlər Adam Şiff, Frenk Pallone, Bred Şerman, respublikaçı konqresmenlər Corc Radanoviç, Co Nollenberq və Tadeuş Makkotter təqdim edib. Erməni lobbisinin təsiri ilə qələmə alınan və uydurmalarla dolu olan layihədə bildirilir ki, 1915-1923-cü illərdə Osmanlı İmperiyası 2 milyon erməninin deportasiya olunmasına qərar verib və bunlardan 1,5 milyonu ölüb, 500 mini isə ölkədən qovulub. Sənəddə soyqırımın əsas təşkilatçıları kimi Osmanlı hökumətinin müharibə naziri Ənvər paşa, daxili işlər naziri Tələt paşa və donanma naziri Camal paşanın adları çəkilir. Konqresmenlər ABŞ prezidentlərini hər il aprelin 24-də verdikləri bəyanatda erməni soyqırımının baş verdiyini bəyan etməyə, bunu pisləməyə və xarici siyasətlərini buna uyğun qurmağa çağırılır.

Bu məsələyə Azərbaycanın ictimai-siyasi xadimləri də reaksiyasız qalmayıblar. Hər zaman Türk Dünyasının problemlərinə diqqətlə yanaşan və Azərbaycan-Türkiyə qardaşlığının formalaşmasında mühüm rol oynayan «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı sərt reaksiya verib.

Tənzilə xanım bildirib ki, «Yüz ildən artıqdır ki, türklər, xüsuslə Azərbaycan türkləri ermənilər, onların müxtəlif adlar altında yaratdığı terror təşkilatları tərəfindən soyqırıma məruz qaldıqları və öz ata-baba torpaqlarından didərgin salındıqları halda dünya dövlətləri yenə də terrorçuların məzlum, qırılan xalq olduqlarını təsdiqləməkdə davam edir. Halbuki azərbaycanlıların Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından didərgin salındıqları, bir milyondan artıq soydaşımızın köçkün olduğu, ermənilərin türklərə qarşı bir əsrdir etnik təmizləmə siyasəti apardığı beynəlxalq ictimaiyyətə yaxşı məlumdur; Azərbaycan türklərinin 1905, 1918, 1933, 1947-53-cü illərdə, nəyahət 1988-ci ildən başlayaraq bu günə kimi erməni hərbi birləşmələri tərəfindən soyqırıma məruz qalmaları, Quba, Bakı, Şamaxı, Zəngəzur, Naxçıvan, Gəncə, bütövlükdə Qərbi Azərbaycan torpaqları və İrəvanda azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər, 1992-ci ildə baş verən Xocalı qətliamı haqqında dünya dövlətlərinin çox geniş bilgisi var.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və ölkəmizin 20 faizdən artıq torpağının işğal olunması isə günümüzün reallığıdır. Beynəlxalq güclər işğalçı bir dövlətin həyata keçirdiyi vəhşiliklərə baxmayaraq, yenə də qondarma «erməni soyqırımı»nı tanımaqda davam edirsə, bu artıq ədalətin deyil, ədalətsizliyin, ikili standartın təzahürüdür.

Türklərə qarşı növbəti ikili siyasəti isə ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçiridi. Nümayəndələr Palatasının qondarma «erməni soyqırımı» layihəsini qəbul etməsi təkcə tarixi saxtakarlıq və yalana, riyaya haqq qazandırmaq olmayıb, həm də ABŞ-ın xarici siyasətdəki şəxsi maraqlarını nümayiş etdirir. ABŞ Konqresi bu addımla həm Türkiyəni, həm də bütün Türk Dünyasını təzyiq altında saxlamaq niyyəti güdür və unudur ki, bölgədə insan haqları, ədalət, haqq keşikçisi kimi möhkəmlənmək istəyən dövlətin ədalətsiz qərarı, tarixə iraniyası və böyük bir millətin haqlarını erməni yalanına bilərəkdən qurban verməsi ABŞ-ın nüfuzuna ciddi zərbədir.

ATQB Konqresin Aşağı Palatasının bu qərarını kəskin pisləyir və bunun təkcə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyini bildirir, ABŞ-ın təzyiq mexanizmi üstündə qurulan xarici siyasətinə qarşı olduğunu bəyan edir».

www.yenicag.az…

Paylaş

«DALĞA» GƏNCLƏR HƏRƏKATINA YENİ SƏDR SEÇİLDİ
Bu gün «Dalğa» Gənclər Hərəkatının ikinci qurultayının birinci hissəsi keçirilib. Qurultay iştirakçıları növbəti bir il üçün təşkilata sədrlik edəcək şəxsi seçiblər. Bu barədə «Media forum» saytına təşkilatın sabiq sədri Ülvi Həsənli məlumat verib. Onun sözlərinə görə, sədrliyə 3 şəxsin namizədliyi olub: Ülvi Həsənlinin, Vəfa Cəfərovanın və Ülviyyə Qasımovanın: «Mən öz namizədliyimi Vəfa Cəfərovanın xeyrinə geri götürdüm və o, səs çoxluğu ilə təşkilatın tarixində 3-cü sədr oldu».

Ü.Həsənlinin sözlərinə görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan qurultaya bir çox qonaqlar – politoloqlar Rasim Musabəyov, Vəfa Quluzadə, hüquq müdafiəçisi İlqar İbrahimoğlu, bəstəkar Elmir Mirzəyev, publisist İsrail Musayev, yazıçı Həmid Herisçi və başqaları iştirak edib. Onların çıxışları ilə bərabər keçmiş sədr Ü.Həsənlinin bir illik hesabatı dinlənilib.

Qurultayın ikinci hissəsi öz işini oktyabrın 14-də saat 14-də «Dalğa»nın öz ofisində keçiriləcək: «İkinci hissədə təşkilatın strukturu formalaşacaq, gələcək addımlar müəyyənləşəcək».

«Dalğa» Gənclər Hərəkatını 2005-ci il fevralın 12-də İqtisad Universitetinin bir qrup tələbəsi yaradıb. Təşkilatın ilk sədri Ramin Hacılı olub. 2006-2007-ci illərdə isə gənclərə Ülvi Həsənli rəhbərlik edib. Qurumun nizamnaməsinə görə, hər il qurultay keçirilməli və səsvermə yolu ilə sədr seçilməlidir.

Təşkilatın yeni sədri Vəfa Cəfərova «Bizim yol» qəzetində köşə yazıları ilə çıxış edir.

www.mediaforum…

Paylaş

Qadın problemlərindən yazan jurnalistlər mükafatlandırıldı
Potensial Sumqayıt Mütəxəssislər Birliyi (PSMB) Norveç Krallığının ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Qаdınlаrı hər cür zоrаkılıqdаn və diskriminаsiyаdаn qоrumаq məqsədi ilə hüquqi müdаfiə və mааrifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində məqalə müsabiqəsi keçirib.

Qаdınlаrа qаrşı zоrаkılıq və аyrı-sеçkiliyin aradan qaldırılmasına хidmət еdən qаnunvеricilik və rəsmi dövlət siyаsəti bаrədə ictimаiyyəti məlumаtlаndırmаq, qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları ilə mübarizənin vаcibliyini ictimaiyyətin diqqətinə çаtdırmаq məqsədi ilə iyul ayında jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir. Avqustun 20-dək davam edən müsabiqə çərçivəsində ölkənin 6 nüfuzlu mətbu orqanında 7 məqalə çap etdirilmişdir.

Məqalələri qiymətləndirmək üçün müsabiqə komissiyası təşkil edilmişdir. Komissiya Samirə Məmmədovanın “Mərkəz” qəzetində çap etdirdiyi “Erkən evliliklər və ya uşaqkən ərə verilən qızların tapdalanmış hüquqları haqda”, Gülnur Novruzovanın “Yuksəliş naminə” qəzetində çap etdirdiyi “Qurbanlıq qadınlar…” və Pünhan Əfəndiyevin “Azadlıq” qəzetində çap etdirdiyi “Qadınları nə üçün döyürlər?” məqalələrini II yerə, Xanlar Sətullayevin “Xural” qəzetində çap etdirdiyi “Qadın hüquqları: problemlər və yolları”, Tural Məmmədovun “Azad Azərbaycan” qəzetində çap etdirdiyi “Qadınlara qarşı ayrı-seçkiliyi rədd edən qanunlar və ona qarşı duran mənfi stereotiplər”, Aytən Məmmədovanın “Azadlıq” qəzetində çap etdirdiyi “Mentalitet, yoxsa hüquqi savadsızlıq” , Vüsal Məmmədovun “168 saat” qəzetində çap etdirdiyi “Qadınlara qarşı ayrı-seçkiliyi necə aradan qaldırmaq olar?” məqalələrini III yerə layiq bilmişdir.

Oktyabrın 4-də Potensial SMB-nin ofisində qalib jurnalistlərə pul mükafatları və fəxri fərmanların təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Norveç Krallığının ölkəmizdəki səfiri C.Ramberq də iştirak etmişdir.

news.qaynar.in…

Paylaş

Azəri-Türk Qadınlar Birliyi tədbir keçirdi
Bu gün Bakının Türk dünyasının fəxr etdiyi qəhrəman övladlarından olan Nuru Paşanın qoşunlarının 1918-ci ilin sentyabr ayının 15-də ermənilərdən azad etməsinin 89-cu ildönümüdür. Qəhrəman Türk-İslam Ordusunun komandanının müstəqil cümhuriyyətimizin paytaxtını erməni və digər qaranlıq güclərdən təmizləyərək, Bakını yenidən Azərbaycan Türklərinə qaytarması qədirbilən xalqımız tərəfindən hər zaman sayğı və ehtiramla qarşılanmışdır.

Azəri-Türk Qadınlar Birliyi bu böyük qəhrəmanlıq nümunəsinə etinasız qalmayıb və hər il bu günlə bağlı müxtəlif tədbirlər keçirmişdir. Bu dəfə də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ənənəsinə sadiq qalaraq, bu tarixi günlə bağlı müxtəlif tədbirlər planı hazırlamışdır.

Bu məqsədlə Türk Dünyasını təmsil edən və Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Gənclik Topluluğunun (TDGT) üzvü olan 25 gənc də bu tarixi günü qutlamaq üçün Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tərəfindən Azərbaycana dəvət olunub. Türk Dünyası Gənclik Topluluğunun (TDGT) üzvü olan gənclərin Bakı və Şamaxı şəhərlərində çoxsaylı görüşləri nəzərdə tutulur.

Bu gün səhər saat 12-də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərliyi ilə həmin gənclər və digər qonaqlar Şəhidlər Xiyabanına gedərək ölkəmizin müstəqilliyi uğrunda həm 20-ci əsrin əvvəllərində, həm də əsrin sonlarında canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleslərini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edən qonaqlar abidə önünə əklil qoydular.

Tədbirdə tanınmış ziyalılar, siyasətçilər və gənclər iştirak edirdilər. Onlar arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, AKXCP-nin sədri Mirmahmud Mirəlioğlu, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin həmsədri Xanım Xəlilova və müxtəlif türk ölkələrindən gələn qonaqların adlarını çəkmək olar.

Axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirə qatılan gənclər bu gün Şamaxıya gedib, 20-ci əsrin əvvəllərində ermənilərlə döyüşdə həlak olmuş türk əsgərlərinin məzarını ziyarət edəcəklər. Həmçinin günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyi Şamaxı məscidinə baş çəkiləcək. Geniş türk coğrafiyasını təmsil edən gənclərin şamaxılı həmyaşıdları ilə görüşü də planlaşdırılır. Sentyabrın 17-də isə qonaqların iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Eyni zamanda səfərin son günü dövlət rəsmiləri ilə də görüş nəzərdə tutulur.

www.yenicag.az…

Paylaş

20 gündə çox dostağ olduqdan sonra, xanım Şəhnaz Ğulami hələlik buraxılib
Geçən ay İttilaat məmurlarinin saldirisi sonucu özün məhkəməyə tanitan Azərbaycanli qadin fəal, xanım Ğulami 3 milion (Tümən- yaxlaşiq 3300 dollar) vəsiqə qoyaraq hələlək özgür buraxilıb.

BayBak-ə gələn məlumat əsasinda, çoxlu sorqulamadan sonra buraxılan xanım Şəhnaz Ğulami ilə qizının durumu normala qaiytmaqdadır. Ağri günlər soğan Hosna (xanım Ğulaminin qizi) anasila birlikdə yenidən öz evlərinə yerləşməgi duşunur.

www.azr.baybak…

Paylaş

XANIM ŞAHNAZ QULAMI (Şəhnaz Ğulami) HAQQINDA BİRİNCİ İLƏTİŞMƏ
Say: 464/ 2007

Tarix: 9 Sept 2007

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Lütfən bu İlətişməni Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrupa çatdırasınız. Eləcə də bu İlətişmə aşağıdakılara da dəxli var:

•	Qazıların müstəqilliyi üzrə Özəl raporter;

•	Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter;

•	Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

Üzü:	Dyke bəy vəXanım Harrison, Amnesty International, London

Xanım Şahnaz Qulami

Xanım Qulami Babək Qurultayında (2004)

Həsna xanım Qulamının qızı Babək Qurultayında (2004)

Sayın cənablar,

XANIM ŞAHNAZ QULAMI (Şəhnaz Ğulami) HAQQINDA BİRİNCİ İLƏTİŞMƏ

Xanım Qulamının insan haqlarını qorumaq üçün İlətişmə 1-i Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun hüzurlarına sunuruq. O İran yetgililəri tərəfindən sərbəstliyindən yoxsun edilmiş və özəllikləri Cədvəl 1-də təqdim olunur.

Xanım Qulami İran təhlükəsizlik məmurları tərəfindən qaçırılmışdır və əldə olan son bilgi bundan ibarətdir ki, təqribən 20 gündür  ondan heç xəbər yoxdur və hələ də yetgililər  ona görə bir rəsmi xəbər buraxmamışlar. Bizim güvənli qaynağımız bildirir ki, xanım Qulamının istəyi bu idi ki, həm Güney Azərbaycanlıların tərəfindən savunulsun və həmdə adı verilmiş bir Fars-mərkəzli vəkil tərəfindən.

Azərbaycanlılar onun savunmasını imkan daxilində öhdələrinə almışlar, lakin xanım Qulamının xahişini yerinə yetirmək üçün bu adı verilmiş vəkil ilə əlaqə qurandan sonra, o bu işi boynundan ataraq demiş ki, “madam ki bu iş Təbrizdə baş verib, Təbriz vəkillərinə baş vurulmalıdır.” İndi bunu hamı yaxşı bilir ki, İran yetgililəri hətta Güney Azərbaycanın görkəmli vəkili, cənab Saleh Kamranıya da vəkil tutma haqqını danmışlar.

Vurğulamaq istəyirik ki, bu İlətişmə bizim təşəbbüsümüzdür və bunun üçün xanım Qulaminin təmsilçisi ilə (olursa) biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə xanım Qulamı və ailəsindən məsuliyyət götürülmüş olsun və bəhanə axdaran İran yetgililəri onları daha çox basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə müraciət edirik və ümid edirik ki, xanım Qulamının insan haqlarını qorumaq üçün kampaniya aparacaqsınız. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

Bilgilər üçün bura klik edin

www.azr.baybak…

Paylaş